Xəbər lenti

2 ay qızına təcavüz edən ata tutuldu
Dünya05:16 09.11.2014

2 ay qızına təcavüz edən ata tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə qızına təcavüz edən ata saxlanılıb. Qaynar.info xəbər verir ki, polis Aydın şəhərində 15 yaşlı qızı E.D.Y-ni zorlayan 37 yaşlı D.Y-ni saxlayıb.

Məlumata görə, D.Y həyat yoldaşından boşanıb. Məhkəmə qızın Fransada yaşayan ananın yanında qalmasına qərar verib. Lakin o, qızını qaçaq yollarla Türkiyəyə gətirə bilib.

6 noyabrda atasının qapını açıq qoyduğunu görən E.D.Y qarşısına çıxan polislərə atasının 2 aydı ona təcavüz etdiyini və evdə qapalı şəraitdə saxladığını bildirib. 15 yaşlı qız bildirib ki, avqust ayında Fransaya yollanan atası onu maşınında gizlədərək qaçaq yolla Türkiyəyə gətirdiyini bildirib: "Bir müddət Kahramanmaraşda qaldıq. Daha sonra Aydına gəldik. Atam burda məni evlə salıb döydü və bıçaqla hədələyərək təcavüz etdi". 

Qızı müayinədən keçirən həkimlər onun təcavüzə məruz qaldığını təsdiqləyib. Polis bundan sonra D.Y-ni həbs edib. 

Qaynar.info