Xəbər lenti

2 gəmi toqquşdu: 10 nəfər itkin düşdü
Dünya13:30 27.02.2016

2 gəmi toqquşdu: 10 nəfər itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sarı dənizdə iki gəmi toqquşub. Gəmilərdən biri batıb, 10 nəfər itkin düşüb.

Qaynar.info report-a istinadən bildirir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, "Sinji-6" yük gəmisi ilə "Lutszyaoyuy-60968" balıqçı gəmisi Çinin Çaolyan adası yaxınlığında toqquşub. Hadisə baş verən zaman həmin ərazini qatı duman bürüdüyündən, görüntünün zəif olduğu bildirilib.

Toqquşma nəticəsində balıqçı gəmisi batıb, heyəti isə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil.

Qaynar.info