
Rusiya Nəqliyyat Nazirliyi Türkiyəyə çarter uçuşlarına qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı qərar layihəsini hökumətə təqdim edib.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Natalya Timakova deyib. O hələ qərar layihəsinin imzalanmadığını söyləyib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, hələlik çarter reyslərinin bərpasından danışmaq tezdir: “Çünki bunun üçün hökumətin qərarı lazımdır”.
Turizm agentliklərindən isə “İnterfaks”a deyiblər ki, Rusiya yaxın günlərdə Türkiyəyə çarter uçuşlarını bərpa edəcək: “İki sutka ərzində Türkiyəyə çarter uçuşları tam bərpa oluna bilər”.
Qaynarinfo.Az