Şimali və Cənubi Koreya arasında 2 ildən sonra görüş keçirilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarını və Şimali Koreya idmançılarının yarışlarda iştirakını müzakirə etmək üçün 2 ölkə arasında görüş baş tutub.
Görüşə hər iki ölkədən 5 nümayəndə qatılıb. Danışıqlarla bağlı açıqlama verən Cənubi Koreyanın birləşmə naziri Ço Myounq-qyon müsbət mesaj verərək bu hadisənin iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün fürsət ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında sonuncu əlaqə 2015-ci ilin sonlarında qurulmuşdu. Bir neçə gün isə telefon əlaqəsi yaradıldı və görüş qərarlaşdırıldı.
Gülşən