Dünya 01:40 31.08.2022

20 yanvarın əsas təşkilatçısı - Qorbaçov öldü

Dünən gecə saatlarında SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov 92 yaşında vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS çərşənbə axşamı Mərkəzi Klinik Xəstəxanaya istinadən məlumat yayıb

"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

Mixail Qorbaçov 1931-ci il martın 2-də anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini (1955) və 1967-ci ildə Stavropol Kənd Təsərrüfatı İnstitutunun (indiki Stavropol Dövlət Aqrar Universiteti) qiyabi şöbəsini bitirmişdir. 1952-ci ildə Sov.İKP sıralarına daxil olub, 1971-ci ildən MK-nın üzvü olub. Sov.İKP MK-nın sonuncu baş katibi bu vəzifəyə 1985-ci ildə Konstantin Çernenkonun ölümündən sonra seçilib. Aşkarlıq və yenidənqurmanın əsas ideoloqu olub. Sovet İttifaqının ilk və sonuncu prezidenti - 1990-cı ilin martında seçilib, 1991-ci il dekabrın 25-də istefa verib. 1990-cı ildə Nobel Sülh Mükafatı laureatıdır. SSRİ-nin prezidentliyindən getdikdən sonra ictimai və ədəbi fəaliyyətlə məşğul olub.
 
Nizami Bağırov