Xəbər lenti

2015-ci ildə Ermənistanın sonu gəlir
Dünya04:42 17.10.2014

2015-ci ildə Ermənistanın sonu gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərbin Rusiya ilə arasında qarşılıqlı aksiyaların Ermənistana təsiri gələn ildən tez olmayacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan iqtisadiyyat naziri Karen Çşmarityan cümə axşamı mətbuat konfransında çıxışı zamanı deyib.

“Qərb və Rusiyanın qarşılıqlı sanksiyaları zamanı vəziyyətin gərginləşməsi zəminində Rusiya ilə bu və ya digər iqtisadi əlaqələri olan digər ölkələr kimi Ermənistana da təsirsiz ötüşməyəcək”- deyə Çşmarityan bildirib.

Digər ölkələri də qeyd etməklə ictimaiyyəti sakitləşdirməyə çalışan nazir nədənsə Ermənistan iqtisadiyyatının sərhəd ölkə olmayan Rusiyadan asılılığından danışmayıb.

Nazir dəyə biləcək ziyanı da hesablamaqdan boyun qaçırıb. O qeyd edib ki, rəqəmlər sanksiyaların davamlı gedişi zamanı acınacaqlı ola bilər.

Qeyd edək ki, bütün qonşu ölkələrə torpaq iddiasında olan Ermənistan əsaslı regional iqtisadi layihələrdən kənardadır. Ölkəyə kömək edən əsas “donor” isə, bura sərmayə yatıran Rusiyadır.

Qaynar.info