Xəbər lenti

2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız - FOTOLAR
Maqazin17:06 04.01.2017

2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Geridə qoyduğumuz 2016-cı ildə bir çox məşhurlar nişanlandı, toy etdi, bir çoxu isə qurduğu ailəni dağıtdı.
Qaynarinfo.Az ATV.az-a istinadən ötən il ailə quran və ayrılan məşhurların siyahısını təqdim edir:
Ayrılanlar:
Lətifə Soyuöz - Müğənni 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Cütlüyün bu evlilikdən bir oğlan övladı var.
Fuad Əlişov - Rejissor aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşandı. Onların üç övladı var.
Cavid Hüseyn - İki övladı olan müğənni, bəstəkar xanımı Sevinc Ağasıyevadan ayrıldı. 
Sevda Ələkbərzadə - Əməkdar artist həyat yoldaşı Kamiyardan ayrıldı. 
Dilarə Kazımova - Tanınmış müğənni də ötən il ailə həyatına son qoyanlar sırasındadır. O, türkiyəli əri Mert Aslanla ayrıldı. 
Ailə quranlar:
Elçin Cəfərov - Gənc müğənni keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurdu. 
Azər İsmayılov - Aparıcı ikinci dəfə ailə qurdu.O, Nəcibə adlı xanımla nikaha daxil oldu.
Aytac Vidadiqızı - Gənc müğənni Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurdu.
Fərid Məmmədov - Ötən il ailə quranlar arasında "Eurovision" təmsilçilərimiz də var.
Nicat Əli -  Musiqili Teatrın aktyoru da 2016-cı ildə subaylığa əlvida dedi.
Ruslan Abışov - Tanınmış futbolçu da ötən il ailə quranlar sırasındadır.
Rafael Ağayev -  Beşqat dünya çempionumuz ötən ilin iyun ayında özünə toy etdi.
Nişanlananlar:
İlkin Həsəni - Sevilən aparıcı ATV-də çalışan Aysel adlı xanımla nişanlandı.
Natavan Həbibi - Müğənni bu yaxınlarda nişanlandığını açıqladı.
Günel Zeynalova (Azəri qızı) - O, Cem Ozan Torunlar adlı şəxslə nişanlandı.
Qaynarinfo.Az