Xəbər lenti

Məşhur komediyaçı dünyasını dəyişdi
Dünya08:13 20.08.2017

Məşhur komediyaçı dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur amerikalı komediyaçı, aktyor, yazıçı və insan hüquqları uğrunda mübarizə aparan fəal Dik Qreqori dünyasını dəyişib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, 84 yaşlı aktyor bir müddət idi xəstəlikdən əziyyət çəkirdi. Vaşinqtonda yerləşən xəstəxanada ölən Qreqori 1960-cı illərdə qaradərililərin məruz qaldığı irqçilik məsələsini "stand-up"larında işıqlandırıb və Amerikanın davamlı olaraq çıxış edən ilk qaradərili komediyaçısı statusunu qazanıb. 

Həmçinin məşhur sosial fəal olan Dik Qreqori irqçilik, aclıq və Vyetnam müharibəsi əleyhinə fəaliyyətlərdə yaxından iştirak edib.

Gülşən

Qaynarinfo.Az