Xəbər lenti

Yadigar Sadıqovdan xəbər var
Siyasət14:18 12.01.2014

Yadigar Sadıqovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

13 yanvarda Yadigar Sadıqovun məhkəməsidir; vəkillər prosesin bitəcəyini deyirlər; hakimin hökm oxuyacağı gözlənilir

Yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun 2 aydır davam edən növbəti məhkəmə prosesi keçiriləcək. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bununla əlaqədar Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsinin sədri və vəkilləri ilə əlaqə saxladıq.

Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Elman Fəttah musavat.com-a bu məhkəmədə böyük ehtimalla prosesin bitəcəyini söylədi. ”Düşünürəm ki, bu məhkəmə son olacaq. Çünki proses saat 15-00 da başlayır. Bizim vəkilin və Yadigar bəyin çıxışları olacaq. Bu isə təxminən 1 saat vaxt aparar. Ondan sonra gözləyirik ki, artıq hakim hökmü oxuyacaq.

Vəkil Xalid Bağırov bu məhkəmənin son olacağını düşündüklərini dedi: ”Artıq hakim sözünü deyib. Yadigar bəy son sözünü deyəcək. Bundan sonra qərarın açıqlanacağını gözləyirik. Belə olmayacağı təqdirdə 3 gün ərzində qərar açıqlanacaq”.

Digər vəkil Nemət Kərimli qanunla bu məhkəmədə hökm oxuna biləcəyini söylədi:” Mən istintaq məhkəməsinə çıxmışdım. Qanunla proses yekunlaşa bilər. Bu məhkəmədə müdafiəçi və Yadigar bəy son sözünü deyəcək. Hakim müşavirəyə gedəcək. Bu, 10 dəqiqədə, bir gün də davam edə bilər ”.

Xatırladaq ki, Yadigar Sadıqov ötən il iyunun 27-də Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında həbs edilib. Şikayətdə Yadigar Sadıqovun onu döyməsi göstərilir. Bunun əsasında Lənkəran Rayon Polis idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3(xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Qaynar.info