Xəbər lenti

Tanınmış jurnalist vəfat etdi
Dünya19:30 09.11.2013

Tanınmış jurnalist vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin tanınmış jurnalisti Savaş Ay uzun sürən müalicədən sonra bu gün xəstəxanada dünyasını dəyişib.

 Media duayeni bir il yarım İstanbul Tədris və Araşdırma Xəstəxanasında həkim nəzarəti altında olsa da, onun həyatını xilas edə bilməyiblər.

1954-cü il təvəllüdlü Savaş Ay 1974-cü ildə "Dünya” qəzetində müxbirliyə başlayıb. Türkiyənin bir çox qəzetlərində işləyib və televiziya kanallarında "A takımı" adlı müəllif proqramı ilə çıxış edib. O yoxsul insanlara yardım proqramları da həyata keçirib.

Tanınmış jurnalist 15 il idi ki, qırtlaq xərçəngi ilə mübarizə aparırdı. Onun xəstəliyi 1999-cu ildə canlı efirdə həkim tamaşaçı tərəfindən aşkarlanmışdı.

APA