Maska taxmış şəxslər barrikadalar quraraq, polisə daş-kəsək atmağa başlayıblar
İstanbulda yenə ara qarışdı. ANS PRESS-in məlumatına görə, axşam saatlarında yüzlərlə şəxs “Gezi Park”a toplaşaraq etirazları davam etmək istəyib.
Polisin etirazçıları dağıtmaq cəhdi toqquşmalarla müşayiət olunub. Maska taxmış şəxslər barrikadalar quraraq, polisə daş-kəsək, “molotof kokteyli” atmağa başlayıb.
Polis etirazçılara qarşı qaz bombalarından istifadə edib. 2 saata yaxın davam edən toqquşmada polis zirehli və su vuran maşınlardan istifadə ermək məcbüriyyətində qalıb.
Hazırda İstanbul polisi gücləndirilmiş iş rejimində çalışır.
Qaynar.info