İranın cənubunda yerləşən Hörmüzgan bölgəsində gecə saatlarında zəlzələ baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Mərkəzindən verilən məlumatda zəlzələnin saat 03.54-da, yerin 20 km dərinliyində baş verdiyi və şiddətinin 5,2 bal gücündə olduğu deyilir.
Zəlzələnin gücü Ziyarət Əli bölgəsində 5,5 bal olub.
Hadisə nəticəsində dağıntı meydana gəlməyib.
Gülşən
Qaynarinfo.Az