Xəbər lenti

Taliban sülh şərtlərini açıqladı
Dünya14:51 06.01.2019

Taliban sülh şərtlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taliban Əfqanıstanda sülh şərtlərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, İran mediasına açıqlama verən terror təşkilatının sözçüsü Zəbilullah Mücahid ABŞ-ın Əfqanıstanı tərk etməsi, mülki vətəndaşları hədəf alan hücumlara son qoyulmasını sülhün əsas şərti adlandırıb. Sözçünün sözlərinə görə, Kabil hökuməti ABŞ tərəfindən qurulub və bu ölkənin təsiri altında olan hökumətlə danışıqlar aparmaq mənasızdır. 
Taliban nümayəndəsi bildirib ki, ABŞ-a qarşı mübarizədə İran və digər ölkələrlə əlaqə yaradırlar. Zəbilullah Mücahid həmçinin İŞİD-i Əfqanıstan üçün təhlükə adlandıraraq terrorçu təşkilatın xarici kəşfiyyat nümayəndələri tərəfindən ölkəyə köçürüldüyünü deyib.
Gülşən