Türkiyə ordusu şəhid verib.
Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, "Fırat Kalkanı" əməliyyatı həyata keçirilən bölgədə ordu üzvləri YPG/PKK terrorçularının hücumuna məruz qalıb. Nəticədə 1 əsgər ölüb, 3-ü yaralanıb. Hadisədən sonra terrorçulara aid mövqelər atəşə tutulub.
Gülşən