Xəbər lenti

2020-ci ildə vəfat edən milyonçular (FOTOLAR)
Dünya18:07 27.12.2020

2020-ci ildə vəfat edən milyonçular (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur "Forbes" jurnalı 2020-ci ildə vəfat edən milyonçuların siyahısını təqdim edib.
İlk üçlüyə Samner Redstoun , Li Kun-hi və Cozef Safra kimi milyonçular yer alıb.
Siyahıda ilk yerdə avqustda vəfat edən milyonçu Sumner Redstone qərarlaşıb. Onun gəliri 2 milyard 600 milyon dollar təşkil edir. 97 yaşında dünyasını dəyişən Redstounun şirkətləri arasında CBC və MTV adlı  televiziya kanalları da var.
İkinci yerdə 17 milyard 300 milyon dollar sərvəti olan Cənubi Koreyalı iş adamı Li Kun-hi var. Oktyabrda vəfat edən  Kun-hi Samsung şirkətinin rəhbəri idi.
Üçüncü pillədə 82 yaşında dünyasını dəyişən milyonçu Cozef Safra yer alıb. Onun gəliri 23 milyard 600 milyon dolardır. Cozef dekabrda vəfat edib. (Axşam.az)