Xəbər lenti

Futbolun üç ünlü ismində koronavirus aşkarlandı
İdman11:11 22.03.2020

Futbolun üç ünlü ismində koronavirus aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin "Mançester Yunayted" futbol klubunun keçmiş yarımmüdafiəçisi Maruan Fellaininin koronavirus testi müsbət çıxıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Sina Sports” portalı məlumat yayıb. 
2019-cu ilin yayından Çinin "Şandun Lunen” klubunda top qovan 32 yaşlı yarımmüdafiəçidə koronavirus infeksiyası aşkarlanıb. Şənbə günü Çinə qayıdan futbolçu COVID-19 üçün testdən keçib və karantinə alınıb. O, Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olub. 
Qeyd edək ki, bundan əvvəl yeddiqat İtaliya çempionu Paolo Maldininin yeni növ koronavirusa yoluxduğu bildirilib. Bu barədə Maldininin texniki direktor vəzifəsini icra etdiyi "Milan" futbol klubunun mətbuat xidmətindən bildiriblər.
Onun 18 yaşlı oğlu, "Milan" futbolçusu Daniel Maldinidə də koronavirus aşkarlanıb.
Alpər