Xəbər lenti

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Sağlamlıq18:42 14.04.2020

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 14-nə olan statistik göstəriciləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 106 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 71 736 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 197 yoluxma aşkarlanıb. Onlardan 351-i sağalıb, 13-ü ölüb. Hazırda aktiv xəstə sayı 833-dür.