
İngiltərə Kosmik Agentliyi və NASA Ayı araşdırmaq üçün müqavilə imzalayıb.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, London və Vaşinqton kosmosda "lider mövqeyi tutmaq" niyyətindədir.
İngiltərə hökuməti ABŞ-ın "Gateway” Ayyanı stansiyası layihəsi üçün artıq 20 milyon dollardan çox vəsait ayırıb. Plana görə, Aya uçuşlar üçün bu stansiya enmə məntəqəsi olacaq.
Bundan əvvəl ABŞ Kosmik Agentliyinin rəhbəri Cim Braydenstayn Ayın kəşfində beynəlxalq əməkdaşlıq üçün dəqiq qaydalar hazırlanmasını təklif edib. Eyni zamanda, Ayda da "davranış qaydalarının" Amerika dəyərləri ilə uyğun olacağını və bütün kosmosa yayılacağını vurğulayıb.
Alpər