Xəbər lenti

2021-ci ilin yazına qədər həyat normala dönə bilər - Bill Qeytsdən müjdə
Dünya17:45 06.12.2020

2021-ci ilin yazına qədər həyat normala dönə bilər - Bill Qeytsdən müjdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib.
Qeyts növbəti 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağını bildirib.
O, peyvənd istehsalının yaz aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını deyib. Onun sözlərinə görə, ABŞ-da 2021-ci ilin yazına qədər həyat normala dönə bilər. Buna baxmayaraq, Qeyts tibbi maska taxmağın və sosial məsafə saxlamağın vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Bill Qeyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə ayırıb.//Mediapost.az