Xəbər lenti

2022-də Türkiyəyə gələn immiqrantların sayına görə rusiyalılar birinci yerdədir
Dünya13:41 24.07.2023

2022-də Türkiyəyə gələn immiqrantların sayına görə rusiyalılar birinci yerdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ildə Türkiyəyə gələn immiqrantların sayına görə rusiyalılar birinci yerdədir. Onlar gələn əcnəbilərin ümumi sayının 25%-ni təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Statistika İnstitutu məlumat yayıb.
Ümumilikdə Rusiya Federasiyasının 99 786 vətəndaşı Türkiyəyə köçüb. Bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur. Həmin vaxt ölkəyə 31 463 rusiyalı immiqrasiya edib.
İkinci yerdə ukraynalılar qərarlaşıb. 2022-ci ildə bu ölkənin 32 465 vətəndaşı daimi yaşamaq üçün Türkiyəyə gəlib ki, bu da ümumi mühacirlərin 8,1%-ni təşkil edir. 2021-ci ildə cəmi 8545 ukraynalı Türkiyəyə köçüb. İranı 6,5% (25976 nəfər) Əfqanıstan 5,4% (21580 nəfər) və İraq 4,8%-lə (19182 nəfər) izləyir. 
Ümumilikdə ötən il xaricdən Türkiyəyə 494 052 nəfər miqrasiya edib. Onlardan 399 643 nəfəri əcnəbi, qalanları geri qayıtmış ölkə vətəndaşlarıdır.
Mart ayında rusiyalılar 2022-ci ildə əcnəbilər arasında Türkiyədə ən çox daşınmaz əmlak alıcısı olub və bu, bazarın dörddə birini təşkil edir. Keçən il onlar bu ölkədə 16 mindən çox obyekt alıblar - bir il əvvəlkindən üç dəfə çox. 2022-ci ilin aprelindən rusiyalılar alınan daşınmaz əmlakın sayına görə əcnəbilər arasında liderlik edir.
Yanvarda bildirildi ki, ötən il rusiyalılar Türkiyədə şirkətlərin açılmasında əcnəbilər arasında lider olublar. Belə ki, Rusiya Federasiyası vətəndaşları tərəfindən 1363 firma qeydiyyata alınıb ki, onlardan 140-ı səhmdar cəmiyyəti, 1223-ü isə məhdud məsuliyyətli cəmiyyət olub. İkinci və üçüncü yerləri iranlılar və almanlar tutub.
Türkiyə rusiyalılar üçün ən populyar köç yerlərindən biridir. Həmçinin, bu ölkə daşınmaz əmlak alanlar üçün vətəndaşlıq almağa imkan yaradır. Bunun üçün ən azı 400 000 ABŞ dolları dəyərində mənzil almaq lazımdır. Əvvəllər bu hədd 250 000 dollar təşkil edirdi. 
Nizami Bağırov