Hollivud aktrisası Emma Stoun 2024-cü ilin ən dəbli məşhuru seçilib.
Qaynarinfo xəbər verir ki, ən dəbli məşhurların siyahısını "New York Post" qəzeti yayıb.
Jurnalistlər xatırladıblar ki, Stoun bu il rejissor Yorgos Lantimosun çəkdiyi "Poor Things" filmində ən yaxşı aktrisa nominasiyasında Oskar mükafatı qazanıb. Film qara komediya janrında çəkilib. Süjet boğulan qadının cəsədini canlandıran ekssentrik cərrah ətrafında cərəyan edir.
Stilistlər "Barbi" ulduzu Marqot Robbini diqqətdən kənarda qoymadılar. O, geyim və aksessuarlar seçimində orijinallığı ilə diqqət çəkib. NYP yazır ki, aktrisa "qızıl Hollivuddan ilhamlanan obrazlar yaradıb".
Siyahıda aktrisalar Davan Coy Randolf, Florens Pyu, Amerika Ferrera, Lili Qladston, Sandra Heller və Qreta Li də var.
Aydın