Xəbər lenti

2025-ci ildə referendum keçirilə bilər? (ŞƏRH)
Siyasət 15:35 29.12.2024

2025-ci ildə referendum keçirilə bilər? (ŞƏRH)

"Prinsip etibarı ilə bu sərəncam nə referendumun keçirilməsini nəzərdə tutur, nə də istisna edir. Amma referendumun keçirilməsi ayrıca fərmanla müəyyənləşməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamdan danışarkən deyib. 

Qulamhüseyn Əlibəylinin fikirincə, hazırkı dövrdə Ermənistanla sülh müqaviləsi hələ bağlanmamış, regionda siyasi sabitlik bərpa olunmamaş Azərbaycan hakimiyyəti referenduma getməz:

"Bu gələcəkdə mümkün olan məsələdir. Yaxın vaxtlarda isə referendumun keçirilməsini nəzərdə tutmuram".

Qulamhüseyn Əlibəyli diqqətə çatdırıb ki, Prezident son dövrlərdə hər ili müəyyən bir hadisə ilə əlaqələndirir:

"Bu dəfə Konistitusiyanın qəbul olunmasının 30 illiyi, o cümlədən Zəfərimizin 5 ili tamam olur. Bununla əlaqədar olaraq "Konstitusiya və Suverenlik İli" elan olunması təbii görünə bilər. Hansı tədbirlər nəzərdə tutulur, nələr gözlənilir, hesab edirəm ki, bunlar daha çox konstitusiya və qələbəmiz ilə bağlı olacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->