Xəbər lenti

2030-cu ildə bütün insanlar öləcək - ŞOK İDDİA
Dünya08:28 08.10.2013

2030-cu ildə bütün insanlar öləcək - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyaca məşhur "Sir" ləqəbli musiqiçi Bob Geldofun "İqlim dəyişikliyi səbəbindən insanlar 2030-cu ildən əvvəl yox olacaq və bütün insanlar öləcək" açıqlaması sensassiya yaradıb.

AzNews.az xəbər verir ki, Cənubi Afrikanın Johannesburq şəhərində gənclərə çağırış edən musiqiçi "Bundan sonrakı döyüşün adı nə Birinci, nə də İkinci Dünya Müharibəsi olacaq. Bu bizim yox olduğumuz bir döyüş olacaq. Bəlkə də 2030-cu ilə çata bilməyəcəyik . İqlim dəyişikliyi problemi ilə çox təcili maraqlanmalıyıq" deyə bildirib.

Bədbin şərhlərinə görə gənclərdən üzr istəyən irlandiyalı müğənni “Bununla belə siz gerçəklərə alışın” deyib. Müğənni çıxışında BMT-nin ötən ay yayımladığı İqlim Dəyişikliyi Hesabatına da toxunaraq bu hadisələrin 95 faizinin insanlarla bağlı olduğunu xatırladıb.

Qaynar.info