Xəbər lenti

2035-ə qədər dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək - Hesabat
Dünya 23:00 06.03.2023

2035-ə qədər dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək - Hesabat

Ümumdünya piylənməyə qarşı federasiyası (World Obesity Federation) xəbərdarlıq edir ki, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkəcək, bir çox hallarda isə piylənmə olacaq.

Qaynarinfo təşkilatın hesabatına istinadən xəbər verir ki, artıq çəkidən qaynaqlanan problemlərlə üzləşəcək dörd milyarddan çox insandan söhbət gedir və ən böyük artım uşaqlar və yeniyetmələr arasında gözlənilir.

İlk olaraq Afrika və Asiyanın aşağı gəlirli ölkələri təsirlənəcək.

Ekspertlərin fikrincə, bu ölkələrdə problemin əsas kökü tərkibində müxtəlif qatqılar olan daha ucuz emal edilmiş qidaların istehlakıdır.

Məsələn, əhalinin müəyyən təbəqələri ala bilmədiyi ət əvəzinə kolbasa və sosis yeyirlər.

Asiya və Afrikada piylənmənin digər səbəbləri qidaya nəzarət institutlarının olmaması, zəif marketinq siyasəti, çəki problemlərinin səbəb və nəticələri barədə ictimaiyyətin məlumatlı olmaması və oturaq həyat tərzi ola bilər.

Ekspertlərin proqnozlarına görə, 2035-ci ilə qədər dünyada piylənmənin qarşısının alınması və müalicəsi ilə bağlı xərclər dörd trilyon dolları keçəcək. Dünya iqtisadiyyatının piylənmə ilə bağlı itkiləri isə 12 il ərzində qlobal ÜDM-in 3%-nə qədər ola bilər.

Ümumdünya piylənməyə qarşı federasiyasının prezidenti, professor Luiza Bauer bütün dünya hökumətlərini gələcəkdə səhiyyə sisteminə və iqtisadi nəticələrin üzərinə düşən yüklərin qarşısını almaq üçün indi hərəkətə keçməyə çağırır.

Hesabatda uşaq və yeniyetmələr arasında piylənmənin dinamikasına xüsusi yer ayrılıb. Bu seqmentdə böyükçəkili insanların sayının 2020-ci ilə nisbətən 2035-ci ilə qədər iki dəfə artacağı gözlənilir.

Bauerin fikrincə, gənc nəslə yönəlmiş müxtəlif səhiyyə, sosial və iqtisadi proqramların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bunun qarşısını almaq mümkündür.
Tədqiqatın nəticələrinin ətraflı əsaslandırılması üçün ekspert hesabatı gələn bazar ertəsi BMT-yə təqdim ediləcək.
Hesabatın müəllifləri ayrıca vurğulayırlar ki, öz işlərində heç bir şəkildə kök insanların bu vəziyyətində özlərinin günahkar olduğunu nəzərdə tutmurlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->