Avstraliya Xarici İşlər naziri Culi Bişop aprelin 25-də Türkiyənin Gelibolu mahalında təşkil olunacaq Anzak Anım Gününün keçiriləcəyi yerdə terror törədiləcəyini deyib.
"Qaynar" axar.az-a istinadən xəbər verir ki, Bişop Avstraliya hökumətinin sözügedən əraziyə terror hücumu olacağı ilə bağlı məlumat aldığını bildirib.
Hökumət vətəndaşlarına Türkiyəyə səyahət edərkən ehtiyatlı olmağı, mümkün qədər Ankara və İstanbul şəhərlərinə getməməyi tövsiyə edib.
Qaynar.Az