
ABŞ-ın rəhbərliyi ilə doqquz ölkədə keçirilən geniş miqyaqlı əməliyyatlar zamanı 255 pedofil həbs edilib.
ANN.Az-ın verdiyi xəbərə görə, iyunda başlayan və bir ay çəkən əməliyyat zamanı 61 cinsi istismarın qurbanı olmuş uşaq aşkar edilib.
Həbslərin 244-ü ABŞ-da, 11-ü isə Braziliya, Kanada, İsrail, Meksika, Filippin, Sinqapur, Cənubi Koreya və Taylandda həyata keçirilib. Tutulanlar arasında 9 müəllim və 3 din xadimi də olub.
Qaynar.info