Xəbər lenti

26 yaşlı qız 80 yaşlı qatillə evlənir - FOTO
Dünya05:01 19.11.2014

26 yaşlı qız 80 yaşlı qatillə evlənir - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən qəddar qatillərindən biri evlənir. Qaynar.info xəbər verir ki, 7 nəfərin və bir doğulmamış uşağın ölümünə səbəb olan 80 yaşlı Çarles Manson 26 yaşlı Afton Elayne Burtonla ailə həyatı quracaq.
Kaliforniya ştatındakı Korkoran şəhərindəki həbsxanada saxlanılan Mansonla Burtonun evlənməsinə məhkəmə 10 gün əvvəl icazə verib.
Qeyd edək ki, "Manson ailəsi" adlı bir təriqət quran Manson və tərəfdarları 1969-cu ilin avqustunda irqlərarası müharibə başlatmaq üçün iki gecədə 7 nəfəri öldürmüşdü. Onların qurbanları arasında rejisor Roman Polanski və hamilə həyat yoldaşı Şaron Tate də var.
Məhkəmə Manson və 3 qadına ölüm hökmü kəsmişdi. Kaliforniyada edam cəzası müvəqqəti olaraq yasaqlandığından 1972-ci ildə onların cəzası öümürlük həbslə əvəzləmişdi. 
Qaynar.info