Xəbər lenti

270 dərəcə soyuğa, 150 dərəcə istiyə dözən heyvan
Dünya16:53 30.07.2017

270 dərəcə soyuğa, 150 dərəcə istiyə dözən heyvan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir gün dünyaya bir meteorit çarparsa, ya da bir ulduzun partlaması nəticəsində yayılan radiyasiya bütün okeanlarımızı buxarlandırarsa, dünyadakı bütün canlı növü yox olacaq.

Ancaq bir qrup elm adamının apardığı araşdırma nəticəsində bəlli olub ki, bütün fəlakətlərə dirənə bilən tək bir canlı növünün həyatda qalmaq şansı var. O, canlı "Tardiqrada" adı ilə tanınan su ayısıdır.

"Qaynarinfo" publika.az-a istinadən xəbər verir ki, 270 dərəcə soyuğa, 150 dərəcə istiyə, yüksək səviyyəli radiyasiyaya dözən, 30 il yemək yemədən yaşaya bilən su ayıları Günəş var olduğu müddətdə ən az 10 milyard il boyunca nəslini davam etdirə biləcək.

"Dünyanın mirasçısı" adlandırılan bu heyvan 8 ayaqlı mikroskopik canlı növüdür. Həm suda, həm də quruda yaşaya bilir. Eyni zamanda, çox yüksək təzyiqə də davam gətirir. 1 mm-dən kiçik ölçüyə sahib bu canlı dünyanın ən dözümlü canlısı statusunu qazanıb.

Araşdırmanın iştirakçılarından biri olan Devid Sloan verdiyi açıqlamada qeyd edib ki, hər hansı fəlakətin yaşanacağı zaman su ayıları bundan təsirlənməyəcək. Çünki onlar bataqlıqda, qumda, dənizdə və şirin su hövzəsində yaşaya bilir.

Mütəxəssislər su ayılarının həyatda qala bilmə ehtimalına dayanaraq Yer kürəsi xaricində bənzər şərtlərdə yaşamın ola biləcəyi ehtimalına inanırlar.

Qaynarinfo.Az