
Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Qaynarinfo.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib. Vüqar Mustafayev, Amil Yunanov və Adil Nağıyev ilk dəfə yığmanın formasını geyinmək imkanı əldə edib.
Millimizin heyətində 3 əcnəbi də var. Bunlar müvafiq olaraq Almaniya, İspaniya və Türkiyədə çıxış edən Dmitri Nəzərov, Eddi İsrafilov və Üfiq Budaqdır.
Qapıçılar: Səlahət Ağayev (“Sumqayıt), Kamran Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”);
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı “Qəbələ”), Adil Nağıyev (“Zirə”), Tərlan Quliyev (“Kəpəz”), Üfiq Budaq (“Qaziantep Böyükşəhər Bələdiyyəspor”, Türkiyə);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Elvin Camalov (“Qəbələ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi “Zirə”), Namiq Ələsgərov (“Kəpəz”), Dmitri Nəzərov (“Karlsrue”, Almaniya), Eddi İsrafilov (“Kordova”, İspaniya), Murad Səttarlı (AZAL)
Hücumçular: Rəşad Eyyubov (“Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).
Qaynarinfo.az