Xəbər lenti

3 dollara alınıb 2 milyona satılan fincan
Dünya13:38 28.03.2016

3 dollara alınıb 2 milyona satılan fincan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın bəzi ərazilərində, o cümlədən Amerikada bir çox ənənələr bahar mövsümü ilə bağlıdır.

Xüsusən köhnə əşyaların yenisi ilə əvəzlənməsi və ya bahar təmizliyi bu qəbildəndir.

Bu ənənələr Amerikada tez-tez baş həyətlərdə keçirilən satış kampaniyaları ilə davam etdirilir. Həyətdə keçirilən satışlar fərdi şəkildə ev sahibləri və ya bələdiyyə icması tərəfindən təşkil edilir.

Küçə işarələri və qəzet reklamı vasitəsilə insanlar satış məkanlarına cəlb olunurlar. Onlara digər sakinlər tərəfindən öz evlərindən yığışdırılmış və çox vaxt mağazalardan tapmaq mümkün olmayan nadir və ya unikal əşyaları almaq imkanı verilir.

Maraqlıdır ki, bəzən həyət satışları böyük tapıntılara səbəb olur. Məsələn, Nyu-Yorkdan olan bir ailə tərəfindən həyət satışında 3 dollara alınan keramik fincanın Şimali Çindəki Sonq sülaləsinə məxsus olduğu üzə çıxıb.

Milli.Az xəzərxəbər.com-a istinadən bildirir ki, ən maraqlısı isə budur ki, fincanı alan şəxs onu hərracda 2 milyon dollara satıb.

Qaynar.info