Xəbər lenti

3 hərbçimiz öldü, 8-i yaralandı - YENİLƏNİB
Siyasət04:28 08.04.2014

3 hərbçimiz öldü, 8-i yaralandı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Ordumuzun daha 8 hərbçisinin agır yaralandığı bildirilir.

***

Mina partlaması nəticəsində yaralanan hərbçilərin adı məlum olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.


Qaynar.info