
Rusiyanın Surqut şəhərində 3 yerli məmuru güllələməkdə ittiham edilən Şahin İsgəndərovun məhkəmə prosesi başlayıb.
Lent.az-ın “Ugra –news”a istinadən verdiyi məlumata görə, hazırda proses davam edir.
İttiham aktına əsasən, ötən il oktyabrın 19-da Surqut administrasiyasının 3 əməkdaşı Şahin İsgəndərovun atasına məxsus şin təmiri sexinə gələrək, tikilini qanuni yolla almaq istəyib. Sexin sahibi və məmurlar arasında mübahisə yaranıb. Bu zaman oğul İsgəndərov “Makarov” tipli tapançadan onları atəşə tutub. Nəticədə Vladimir Çernonos və Ruslan Ayupov ölüb.