Xəbər lenti

30 ildir buz kimi havada dənizə girirlər (FOTOLAR)
Dünya14:23 07.01.2018

30 ildir buz kimi havada dənizə girirlər (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belçikanın Ostende şəhərində minlərlə insan hər il şaxtalı havada dənizə girirlər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə 1987-ci ildən bəri davam edən ənənə "Yeni ilə dalış" adlanır. Bu il aksiyaya izləyicilərlə bərabər 5 min insan qatılıb.
Burada əsas məqsəd okeanların təmiz saxlanılmasına diqqət çəkməkdir. Uşaqların da iştirak etdiyi aksiyada iştirakçılar 200 metr məsafədən qaçaraq dənizə atılıblar. Suya atılanlardan bəziləri tez çıxsa da, bəziləri uzun müddət qalıblar.
Aksiya müddətində 6 təcili yardım maşını hazır şəkildə dayanıb, polis və sahil təhlükəsizlik xidməti əməkdaşları qabaqlayıcı tədbirlər alıblar.
Aksiya zamanı çəkilən maraqlı fotoları sizlərə təqdim edirik: