Xəbər lenti

32 nəfəri öldürən kamikadzenin anası DANIŞDI
Dünya17:24 21.07.2015

32 nəfəri öldürən kamikadzenin anası DANIŞDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Türkiyənin Şanlıurfa vlayətində 32 nəfərin ölümünə səbəb olan terror aktını törədən 20 yaşlı kamikadze Abdurrahman Alagözün anası Semüre Alagöz baş verən hadisədən danışıb. Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Semüre Alagöz övladının Türkiyədə olmasından xəbərsiz olduğunu bəyan edib:
"Abdurrahman qardaşı ilə 6 ay idi ki, xaricdə idi. Nə işlə məşğul olmalarından xəbərsizəm. Oğlanlarımla ən son Ramazan ayından öncə telefonla danışmışam. Hələ də inanmıram ki, mənim övladım belə hadisə törətsin. Uşaqlarım çox yaxşı övladlardır. Onların İŞİD və ya Suriyaya gedib cihad üçün döyüşməsinə inanmıram. Mənə inanmırsınızsa, qonşularımdan soruşun. Oğlanlarım heç kəsə zərər verməz. Bu gün polislər evə gələrək məndən uşaqlarımı soruşdu. Onlara da dedim ki, oğlanlarım Abdurrahman və Yunus 6 ay öncə xaricə gediblər. Ancaq onlar terrorçu ola bilməz".
Qaynar.info