Bu fotolar yayıldığı hər bir ölkənin mətbuatında, eləcə də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, həyatlarını insanları qurtarmağa həsr edən həkimlərin fotosu Çində çəkilib. Bir qrup həkim 32 saat davam edən gərgin əməliyyatdan sonra əməliyyat otağından güc-bəla ilə çıxaraq özlərini otağa zorla çatdırıb. Üç cərrah, 6 anestezioloq və 8 tibb bacısının apardığı əməliyyat xəstənin beynindəki şişləri almaq üçün keçirilib. Şənbə günü səhər saat 08:30-da başlayan əməliyyat bazar gününə qədər davam edib.
Fujian Tıbb Fakültəsinin Xəstəxanasında keçirilən əməliyatda iştirak edən cərrahlardan doktor Chen Jianping “İki şişi də əməliyyatla götürmək lazım idi. Bunun üçün ancaq bir dəfə əməliyyat aparmalı idik. Çox riskli və çətin əməliyyat oldu, ancaq öhdəsindən gəldik” deyib.
Qaynar.Az



