Cənubi Qafqazda (Ermənistan, Gürcüstan, Azərbaycan + Rusiya, İran, Türkiyə) 3+3 təhlükəsizlik və əməkdaşlıq miqyasının yaradılması ideyası 1990-cı illərdə Türkiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən irəli sürülüb. Daha sonra, 2003-cü ildə İrəvana regional səfəri zamanı bu ideya İranın Xarici İşlər naziri Kamal Xarazi tərəfindən də səsləndirilmişdi. O zaman "3+3” formatında "Böyük Qafqaz” yaratmaq ideyası da adlanırdı.
Güman etmək çətin deyil ki, "3+3” formatında Qafqaz ölkələrinin coğrafi yaxınlığı, təhlükəsizliyin başqa xarakterli əməkdaşlığı ilə bir çox məsələlərdə Cənubi Qafqazı kollektiv Qərbdən kənarda qoyacaq. Bu format, xüsusilə bölgədə NATO-nun, Avropa İttifaqının-Şərq Tərəfdaşlığının və ABŞ-ın iştirakının azaldılmasına hesablanıb.
Bundan əlavə, bu formatın əsas vəzifəsi Şərqlə Qərb, Şimal və Cənub arasında bütün növ kommunikasiyalar üzərində tam nəzarəti qurmaq olan geosiyasi layihə hesab olunur. 3+3-ün üzvü olan dövlətlər, Ermənistan və Gürcüstanın nə qədər bir-biri ilə razılığa gəlməyə çalışsalar da, onların hər birinin Qərbdən öz asılılıq dərəcəsi var və platformadan öz məqsədi üçün tam şəkildə istifadə etmək mümkün olmayacaq. Gürcüstan artıq (Zurab Abaşidze) münaqişələrin həll olunmadığını nəzərə alaraq, iştirakının mümkünsüzlüyünü dilə gətirib.
Ermənistanın Baş naziri isə Rusiyanın təzyiqləri nəticəsində qeyd etdi ki, Ermənistanın bu formatda iştirakı mümkündür, bir şərtlə ki, "3+3" başqa formatda müzakirə olunan məsələləri müzakirə etməsin. İlham Əliyev isə dəfələrlə bildirib ki, Qarabağ münaqişəsi səhifəsi bağlanıb, Cənubi Qafqazda yeni əməkdaşlıq və sülh səhifəsi açmağa hazırlaşırıq.
İran da öz şimal sərhədlərində ABŞ, İsrail və NATO-nun olması ehtimalından qaçmalıdır. Əvvəllər "3+3”ü müsbət qarşılamayan Rusiya indi Cənubi Qafqazda ən azı sülhün və sabitliyin olmasında maraqlıdır. Türkiyə isə "3+3”ə "Böyük Turan” ideyasını reallaşdırmaq üçün bu formata böyük önəm verir.
Görünən odur ki, 44 günlük Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qüvvələr balansı və rabitəyə nəzarət dəyişdi. Təsadüfi deyil ki, Zəngəzur dəhlizi layihəsi Ermənistandan başqa digər region ölkələr üçün çox böyük önəm daşıyır. Regional təhlükəsizliyin strateji maraqları baxımından Türkiyə, Azərbaycan, Rusiya, İran və Gürcüstan gələcəkdə Cənubi Qafqazda ciddi üstünlük əldə edə bilcəklər.
Son zamanlar intensivləşən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini, eləcə də Pakistanın hərbi təlimlərini (Bakı Bəyannaməsi) nəzərə alsaq, ehtimal etmək olar ki, Cənubi Qafqazda uzunmüddətli gərginliyə, münaqişələrə və mövcud ziddiyyətlərə son qoyulacaq.
Ermənistanın isə sürüşkən siasəti nəinki həyati əhəmiyyət kəsb edən sahələrdə, hətta dövlətçiliklərinin bütün inkişaf perspektivində əl-ayaqlarını bağlayıb.
Telman Qasımov
Hərbi-siyasi ekspert