Xəbər lenti

"3+3" platformasında Gürcüstan üçün qapı açıq qalır... - Rusiya XİN
Dünya08:22 27.12.2021

"3+3" platformasında Gürcüstan üçün qapı açıq qalır... - Rusiya XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri və onların qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılmış və artıq fəaliyyət göstərir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko Sputnik-ə eksklüziv müsahibəsində deyib. Bu geniş müsahibəsində o, Qərbin MDB dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri, Belarusda konstitusiya islahatları, Cənubi Qafqazdakı vəziyyət, Əfqanıstanda yeni hakimiyyətlərlə münasibətlər, koronavirus pandemiyasına qarşı mübarizə və postsovet məkanının digər qaynar problemlərindən danışıb.
"3+3 Platformasının (Ermənistan, Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan) fəaliyyətə başlaması ehtimalı nə qədərdir? İndiyə qədər bu regional layihədə iştirakdan imtina edən Gürcüstanın burada iştirakı əsasdırmı? 3+3 Platforması heç olmasa ilkin mərhələdə 3+2 (Gürcüstansız) kimi işləyə bilərmi”, - sualına cavabının davamında Rudenko deyib:
"Birgə işimizdə biz ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən məsələlərə diqqət yetiririk: ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə. Bu il dekabrın 10-da Moskvada keçirilən "3+3”-ün ilk iclası göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun davam etdirilməsində deyil, həm də praktiki qarşılıqlı fəaliyyətin qurulmasında maraqlıdırlar.
Təəssüf edirik ki, Platformanın işində iştirak etməyin aşkar faydalarına baxmayaraq, Tbilisi ilk iclasa öz nümayəndələrini göndərmədi. Eyni zamanda, bütün iştirakçılar Gürcüstana qoşulmaqda maraqlı olduqlarını bildiriblər və razılaşıblar ki, bu ölkə üçün "qapı” açıq qalır”.
Alpər