Xəbər lenti

35 milyon dollara mavi brilyant satılacaq - FOTO
Dünya08:25 16.03.2016

35 milyon dollara mavi brilyant satılacaq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sothebys Hong Kong" hərrac evi Çinin Honkonq şəhərində dünyanın ən nadir brilyantlarından birini satışa çıxarır. 

"De Beers Millennium Jewel 4" adlı unikal mavi brilyant aprelin 5-də "Magnificent Jewels and Jadeite" hərracında satılacaq.

Qaynar.info milli.az-a istinadən bildirir ki, 10,1 karatlıq bu brilyant indiyədək hərraclara çıxarılmış ən böyük mavi brilyantdır.

İlkin satış qiyməti 35 milyon dollardır.

Brilyant Nyu-York, London və Cenevrədə, daha sonra isə Sinqapur və Taybeydə nümayiş olunacaq.

Aprelin 5-də isə Honkonqdakı "Hong Kong Convention and Exhibition Centre"də unikal brilyantın satışı başlanacaq.

Qaynar.info