Xəbər lenti

36 il davam edən qazıntılar: Türkiyədə 2300 illik mistik ilahə heykəli tapıldı
Dünya10:13 25.08.2023

36 il davam edən qazıntılar: Türkiyədə 2300 illik mistik ilahə heykəli tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin müasir Mersin vilayətində yerləşən qədim Kelenderidə qazıntı aparan Batman Universitetinin arxeoloqlarından ibarət qrup böyük tarixi əhəmiyyətə malik artefakt aşkar edib.
Qaynarinfo xəbər verir ki, son 36 il ərzində aparılan uzun qazıntılar zamanı arxeoloqlar qədim yunan mifologiyasına aid üç başlı ilahə Hekatenin təsviri olan heykəlcik aşkar ediblər.
Selenderis kimi də tanınan Kelenderis keçmişdə mühüm qədim Yunan şəhəri, limanı və qalası olub. Bu bölgədə aparılan qazıntılar zamanı Roma hamamı, odeon, bazilika planlı kilsələr və mozaika qalıqları aşkar edilib. Şəhər zəngin mədəni və tarixi irsi ilə tanınıb və yeni kəşf onun unikallığını daha da artırır.
Arxeoloqlar tərəfindən tapılan Hekate heykəlciyinin 2300 yaşı var və antik dövrün nadir artefaktıdır. Üç başlı tanrıça olan Hekate adətən əlində bir cüt məşəl, açar, ilan, bəzən də itlərlə təsvir edilirdi. O, yol ayrıcları, sehr, işıq və qaranlıq, Ay, həmçinin cadu və mistik biliklərlə əlaqələndirilir.
Araşdırma qrupunun rəhbəri doktor Mahmut Aydın yeni kəşflə bağlı təfərrüatları bölüşüb: 
"Heykəlcik təxminən 20 santimetr hündürlükdədir və üç başı var. Bilirik ki, Muğlanın qədim Lagina şəhərində Hekatənin məbədi var və Kelenderis də 5 ildən bir Hekatənin şərəfinə keçirilən yarışlarda iştirak edən şəhərlərdən biri olub.
Alpər