Xəbər lenti

36 yaşlı qadına 100 il həbs - Dəhşətli cinayətə görə
Dünya07:54 30.04.2016

36 yaşlı qadına 100 il həbs - Dəhşətli cinayətə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kolorado ştatında 36 yaşlı Daynel Leyn 100 il həbs cəzasına məhkum edilib. 

Evinə çağırdığı hamilə qadının bətnini kəsərək uşağını götürən Leyn barədə hökmü hakim Mariya Berkenkotter verib. Leyn adam öldürməyə təşəbbüsdən 48 il, hamiləliyi qanunsuz dayandırmağa görə 32 il həbs cəzasına məhkum edilib. Hökmün qalan hissəsini isə o, hücum etməkdə ittiham olunduğu üçün alıb.

Xatırladaq ki, Daynel Leyn hamilə qadınlar üçün paltar satmaq bəhanəsilə 27 yaşlı Mişel Uilkinsı evinə çağırıb. Qadınlar təxminən 1 saat söhbət etdikdən sonra Leyn ona hücum edib. Uilkinsın başına lampa ilə zərbə vuran Leyn daha sonra onu boğmağa başlayıb. Uilkins huşunu itirdikdən sonra isə Leyn mətbəx bıçağı vasitəsilə hamilə qadının bətnini kəsib uşağını oradan çıxarıb.aznews.az

Qaynarinfo.az