Xəbər lenti

37 nəfəri öldürən şəxsə 5 il həbs verildi
Dünya05:00 10.02.2018

37 nəfəri öldürən şəxsə 5 il həbs verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirdə 37 nəfərin ölümündə ittiham edilən polisə 5 il həbs cəzası verilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, vəzifəli polis işçisi olan Əmir Fərrux 2013-cü ildə həbsxanaya göndərilən çevriliş əleyhdarı 37 nəfəri öldürməkdə ittiham edilir. Qərarın qəti olduğu və dəyişdirilməyəcəyi bildirilir. Fərrux 2015-ci ildə qəbul olunmuş hökmə etiraz etmişdi və onun bu müraciəti qəbul edilməyib.
Qeyd edək ki, 2013-cü ildə ordunun hakimiyyəti ələ keçirməsindən sonra bu hadisələrə etiraz edən Müsəlman Qardaşlar Təşkilatının 612 üzvü tutularaq həbsxanaya aparılmış, yolda qaçmağa çalışan etirazçılardan 37-si polisin müdaxilə üçün istifadə etdiyi gözyaşardıcı qazdan boğularaq ölmüşdü.
Gülşən