Kabildə xüsusi təyinatlı qoşunların komandiri Əzizullah Karvan öldürülüb.
Qaynarinfo Ria-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.
Məlumatda qeyd olunur ki, Karvan Əfqanıstanın cənub-şərqində yerləşən Paktika əyalətində polis xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edirdi.
Karvan mart ayında verdiyi müsahibəsində karyerası ərzində ona qarşı 38 sui-qəsd təşkil edildiyini söyləmişdi.