Xəbər lenti

4,5 milyon ton taxıl limanlarda qalıb - BMT-dən böhran xəbərdarlığı
Dünya13:04 04.05.2022

4,5 milyon ton taxıl limanlarda qalıb - BMT-dən böhran xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Martin Frik Ukraynada milyonlarla ton taxıl ixracının Rusiyanın hərbi müdaxiləsi nəticəsində limanlarda qaldığını bildirib və xəbərdarlıq edib ki, bu qlobal ərzaq böhranı yaradacaq. 
Qaynarinfo bu barədən "Guardian" qəzetinə istinadən xəbər verir. 
Rusiya və Ukrayna birlikdə dünyada taxıl ticarətinin 1/3-nə sahibdir.
Martin Frik əlavə edib ki, Ukrayna limanlarında konteynerlərdə 4,5 milyon ton taxıl təhlükəli şəraitdə qalıb və limanlardan dünya bazarlarına çıxa bilmir. 
Onun sözlərinə görə, Ukrayna dünyanın ən böyük buğda və qarğıdalı istehsalçılarındandır.  
BMT hesabatına görə, 2020-ci ildə ölkədə təxminən 30 milyon ton qarğıdalı və təxminən 25 milyon ton buğda istehsal olunub.
Digər tərəfdən, bir çox ölkələrinin əsas ərzaq məhsulları Ukraynanın ucuz buğdasından asılıdır. 
Martin Frik qeyd edib ki, dünyanın Ukraynanın ərzaq məhsullarına kəskin ehtiyacı var. 
Ukraynanın ən böyük taxıl ixracatçısı olmağına baxmayarq, Dünya Ərzaq Proqramının məlumatına görə, hazırda ölkənin bəzi regionlarında milyonlarla insan ərzaq qıtlığı ilə üz-üzədir. 
M.Arif