Xəbər lenti

Balıqçılar heyrətdə: Tilovla 318 kilo balıq necə ovlandı?
Dünya15:05 03.09.2019

Balıqçılar heyrətdə: Tilovla 318 kilo balıq necə ovlandı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Saratov şəhərində qanunsuz balıq ovu ilə məşğul olan 4 nəfər saxlanılıb.
Qaynarinfo Mk.ru saytına istinadən xəbər verir ki, axtarış zamanı balıqçıların 318 kq balıq ovladıqları müəyyənləşib. Məsələnin təəccüblü tərəfi isə həmin şəxslərin ov üçün heç bir vasitədən (elektrik şok, partlayıcı və s.) istifadə etməməsi olub. Şəxsi əşyalara baxış zamanı isə şübhəli maddə tapılıb. 
Mütəxəssislər maddənin analizi nəticəsində müəyyənləşdirib ki, həmin tərkib xüsusi fermentlərə təsir göstərərək yeni qidalanmış balıqlarda belə fiziki aktivlik və güclü aclığa səbəb olur və onların asanlıqla ova çevrilməsinə gətirib çıxarır.
İstintaq zamanı saxlanılanların brokonyer yox, həvəskar balıqçı olduğu müəyyənləşib. Onlar, qeyri-müəyyən maddəni internet vasitəsilə əldə ediblər. 
İstintaq Komitəsinin araşdırmalarından sonra balıq ovu üçün istifadə edilən maddənin 2011-ci ildə kanadalı alimlər tərəfindən hazırlandığı aşkara çıxıb. Həmin tərkib Avropada və bəzi başqa ölkələrdə qadağan edilib.
Rusiyada maddə qadağan edilmədiyi və müvafiq qanunvericilik mövcud olmadığı üçün saxlanılan şəxsləri məsuliyyətə cəlb etmək mümkün olmayıb.
Gülşən