ABŞ-da yaşayan Kianni Arroya adlıgənc qadın sperma donoru atasından olan 40 bacı və qardaşını taparaq onlarla tanış olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı Kianni 4 il əvvəl bu ideyasına start verib. ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiyada yaşayan 40 bacı-qardaşını kəşf edib və onlardan 30-u görüşə razılıq verib. Onun bacı-qardaşlarının ən böyüyünün 21 yaşı var, ən kiçiyi isə 5 aylıqdır.
"Sperma donorluğu nəticəsində doğulduğumu bilirdim və həmişə kim olmağım barədə daha çox informasiya əldə etmək, bacı-qardaşlarımın olub-olmadığını öyrənmək istəmişəm. Bu məqsədimə çatmaq üçün kifayət qədər çalışdım" deyən Kianna ilk olaraq Tampada yaşayan Coanna adlı bacısı ilə tanış olub. O bildirir ki, eyni atalara sahib olmaları onları yaxınlaşdırır və ünsiyyətlərini asanlaşdırır.
Qeyd edək ki, Kianni Arroya adı gizli saxlanılan atasını ilk dəfə 18 yaşı olan zaman görüb və onunla bir neçə dəfə görüşüb.