Xəbər lenti

40 yaşından sonra hamilə qalan məşhurlar - SİYAHI
Dünya18:40 07.09.2016

40 yaşından sonra hamilə qalan məşhurlar - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir çox məşhurlar karyeraları və ya digər səbəblərdən dolayı gec yaşda ana olurlar. Son vaxtlar isə türkiyəli müğənni Kibariyənin hamilə olması xəbəri bu mövzunu aktuallaşdırıb.

Qaynarinfo.Az lent.az-a istinadən sizi 40 və sonrakı yaşlarda hamilə qalan məşhurlarla tanış edir.

1. Kibariye
 
56 yaşlı türkiyəli müğənni Kibariye konserti zamanı səhnədə 3 aylıq hamilə olduğunu etiraf edib. Həyat yoldaşı Əli Küçükbalçık körpə xəbərini minlərlə adamla eyni anda öyrənib. Kibariye ilk övladını - qızı Birgülü 40 yaşında qucağına alıb.
 
2. Hande Ataizi
 
Türkiyəli aktrisa Hande Ataizi 40 yaşında ana olub. O, oğluna Leon adını verib.
 
3. Yeşim Salkım
 
40 yaşında ikinci dəfə ana olan türkiyəli müğənni Yeşim Salkım qızının adını Ada qoyub.
 
4. Demet Akalın
 
1972-ci il təvəllüdlü türkiyəli müğənni Demet Akalın qızını 2012-ci ildə dünyaya gətirib. Pop-müğənni ana olanda 42 yaşda idi.
 
5. Övül Avkıran
 
Mustafa Avkıran ilə evli olan türkiyəli aktrisa Övül Avkıran 44 yaşında ana olub. Cütlük övladına Alaz adını verib.
 
6. Esin Maraşlıoğlu
 
Türkiyəli modelyer və maniken Esin Maraşlıoğlu 48 yaşında növbəti dəfə ana olub. O, oğlunu Leon adlandırıb.
 
7. Füsun Demirel
 
50 yaşında ana olan məşhur aktrisa əkizlərinin adını Aslı və Mehmet qoyub. Aktrisa müsahibələrindən birində "uşaqlarımla bərabər yenidən doğuldum", - deyə bildirib.
 
8. Canet Cekson
 
2016-cı ilin may ayında məşhur amerikalı müğənni Canet Cekson 50 yaşına iki həftə qalmış ilk uşağına hamilə olduğunu deyib. Bundan sonra isə o, həyat yoldaşı Vissam Al Mana ilə nikah masasına əyləşdi və dünya turunu təxirə saldı.
 
9. Halle Berry
 
Amerikalı aktrisa Halle Berry 41 yaşında ilk uşağını qucağına alıb. O, qızına Nahla adını verib.
 
10. Salma Hayek
 
Amerikalı məşhur aktrisa Salma Hayek 40 yaşından sonra qızı Valentina Palomanı dünyaya gətirib.
 
11. Lucy Liu
 
40 yaşından sonra ana olanlardan biri də məşhur aktrisa Lucy Liudur. Onun oğlunun adı Rackvell Lloyddur.
 
12. Selin Dion
 
Nelson və Eddy adlı əkizləri olan müğənni 40 yaşından sonra ana olan məşhurlardandır.
 
13. Tina Fey
 
Amerikalı komediya ustası 41 yaşında ana olub və qızının adını Alice Zenobia qoyub.
 
14. Nikol Kidman
 
Daşıyıcı analıq vasitəsilə ikinci övladını dünyaya gətirən məşhur aktirsa qızına Faith Margaret adını verib.
 
15. Cennifer Connelly
 
Məşhur aktrisanın Kai və Stellan adlı iki oğlu var idi. 40 yaşında isə 3-cü dəfə hamilə qalıb və bir qız uşağı dünyaya gətirib. Uşağın adı Agnes Larkdır.
 
16. Kelly Preston
 
Kelly Preston isə 48 yaşında yenidən ana olub.

Qaynarinfo.Az