Xəbər lenti

43 şagirdin ölüm əmrini "first lady" verib
Dünya12:50 30.10.2014

43 şagirdin ölüm əmrini "first lady" verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meksikada 34 gün əvvəl itən 43 məktəblinin aqibəti ilə bağlı şok məlumatlar yayılıb. Qaynar.info xəbər verir ki, İquala şəhərində baş verən olayın qorxunc detalları açıqlanıb.

Məlum olub ki, uşaqların ölüm əmrini bələdiyyə sədri Jose Luis Abarka Velazkuezin həyat yoldaşı verib. Yerli mətbuatın yaydığı məlumata görə, sədrin arvadı Maria de Los Anceles Pineda Vilya olay günü İqualada böyük bir xeyriyyə aksiyası keçirib. Daim xeyriyyə aksiyaları təşkil edən bələdiyyə sədrinin arvadı ərindən sonra bu vəzifəyə keçmək istəyirmiş. Lakin o, xeyriyyə işləri üçün aldığı pulun hər ay 40 min dollarını polisə və bölgədə fəaliyyət göstərən "Querreros Unidos" mafiyasına rüşvət olaraq verirmiş.

Hadisənin baş verdiyi gün Pinedaya bir qrupun şəhərə daxil olduğu barədə məlumat verilib. Həmin şəxslərin ötən il olduğu kimi ona qarşı etiraz aksiyası keçirməyə gəldiyini düşünən bələdiyyə sədrinin arvadı polisə "Onlara dərs verin" əmrini verib. Lakin həmin qrup paytaxtda bir tədbirə qatılmaq üçün yola çıxan və İqualada bir qədər istirahət etmək istəyən günahsız məktəblilər olub.

Polis avtobusla səyahət edən şagirdlərin qarşısını kəsib. Prokurorluğun hazırladığı iddianaməyə görə, qadın polis məktəblilərdən birinin başından güllə ilə vurub. Atəşi davam etdirən polislər 6 uşağı öldürüb, qalanlarını isə "Querreros Unidos" mafiyasının lideri Çuçiyə təhvil verib. Mafiya üzvləri isə qalan uşaqlara işgəncə verərək diri-diri yandırıblar.

Uşaqların itməsindən sonra minlərlə insan küçələrə çıxaraq etiraz aksiyası keçirib. Təzyiqlərdən sonra hökumət 22 polisi həbs edib. Amma çox şey bilən bu polislərin danışmasını istəməyən mafiya üzvləri hökumətə "Polisləri buraxın, yoxsa bizə işləyən siyasətçilərin adlarını açıqlayırıq. Savaş yenidən başladı" mesajını göndərib. Ancaq ölkə rəhbərliyi bu təzyiqlərin qarşısında geri çəkilməyərək istintaqı davam etdirib.

Qısa zamanda "Querreros Unidos"un lideri həbs olunub. O, ifadəsində uşaqları öldürmək əmrini Pinedanın verdiyini bildirib. Dərhal bələdiyyə sədri və arvadının həsbinə qərar verilsə də, hələlik onları tapmaq mümkün olmayıb.

Qaynar.info