Xəbər lenti

44 günlük müharibənin peykdən çəkilmiş görüntüləri erməni müxalifətinə təklif edilib (İDDİA)
Dünya11:34 03.09.2021

44 günlük müharibənin peykdən çəkilmiş görüntüləri erməni müxalifətinə təklif edilib (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan mətbuatının iddiasına görə, kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin bəzi dairələrinə bu ölkə ilə bağlı olan videoyazılar təklif ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” nəşri məlumat yayıb.
Nəşrə görə, hazırda müxalifətin bununla bağlı hansı qərar verdiyi məlum deyil:
"Əldə etdiyimiz məlumata görə, kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin bəzi dairələri ilə əlaqə saxlayaraq onlara Ermənistanla bağlı olan bəzi videoları təqdim etməyi təklif ediblər. Aralarında 44 günlük müharibənin bütün videosu da var ki, müşahidə edərək Azərbaycanın həmin 44 gün ərzində hansı taktikaları həyata keçirdiyini və Ermənistanın necə uduzduğunu aydın şəkildə görə bilər. Amma təəssüf ki, müxalifətin nə cavab verdiklərini öyrənə bilmədik”.
Xəyal