Xəbər lenti

5 professor aclıq aksiyası keçirir
Dünya10:35 18.04.2016

5 professor aclıq aksiyası keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan Texniki Universitetinin professoru Zaal Mikadze də ali təhsil müəssisəsinin rektoru Arçil Praqişvilini istefası tələbi ilə aclıq aksiyasına başlayıb.

Report Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Zaal Mikadze universitetin rəhbərliyinin və Akademik Şuranın üzvlərinin də istefasını tələb edir.

Unversitetin professorlarında biri Piran Kobiaşvili bildirib ki, mövcud reqlamentə əsasən, rektor 3-cü müddətə seçilə bilməz: "Universitetdə təhsilin səviyyəsi çox düşüb, tələbələrin ödədiyi təhsil haqqı tədrisin keyfiyyətinə uyğun deyil".

Məlumata görə, hazırda universitetin 5 professoru həmin tələblərlə aclıq edir.

Bu gün ali təhsil müəssisəsinin tələbələri də rektorun istefası tələbi ilə mitinq keçirəcək

Qaynarinfo.az