Xəbər lenti

5 saatlıq müzakirə: Ağ Ev Ukraynaya görə silah istehsalçılarını topladı
Dünya 11:20 09.01.2024

5 saatlıq müzakirə: Ağ Ev Ukraynaya görə silah istehsalçılarını topladı

ABŞ Prezident Administrasiyasının Milli Təhlükəsizlik Şurası bazar ertəsi, yanvarın 8-də vençur kapitalı, texnologiya və müdafiə şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə Ukraynaya dəstək üçün innovativ Amerika avadanlıqlarından səmərəli istifadə müzakirə edilib.

Qaynarinfo xəbər verir ki, Reuters-in mənbələrə istinadən verdiyi məlumata görə, görüş 5 saata yaxın davam edib.

"Söhbət bir sıra sistemlər, xüsusən də pilotsuz uçuş sistemləri, dron sistemlərinə qarşı necə mübarizə aparmaq və minalardan təmizləmə məsələsi üzərində dayanıb”, - deyə rəsmilərdən biri jurnalistlərə bildirib.

Bayden administrasiyasının digər rəsmisi qeyd edib ki, iclas Ağ Evin Milli Təhlükəsizlik Şurasının sədri Ceyk Sallivan tərəfindən "Ukraynaya döyüş meydanında öz irəliləyişlərini və təşəbbüslərini ləngitmək kimi müəyyən etdikləri bu əsas texnoloji problemlərin öhdəsindən gəlməyə kömək etmək üçün yenidən diqqətin yönəldilməsinə təkan vermək üçün çağırılıb".

İclasda iştirak edən sahibkarlar arasında Fortem Aerospace şirkətinin (təhlükəsizlik sektorunda çalışan - təhlükəli pilotsuz təyyarələrin aşkar edilməsi və məhv edilməsi üçün hava məkanının mühafizəsi) rəhbər şəxsləri, Palantir Technologies və Anduril Industries müdafiə şirkətlərinin rəhbərləri, həmçinin pilotsuz təyyarə istehsalçısı Skydio da olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->